Ermənilər kütləvi məzarlıqlarda basdırdıqları meyitləri qarışıq vəziyyətdə təhvil veriblər – Xüsusi İstintaq şöbəsinin rəisi

Xəbər - Elçin Mehdiyev – Trend:

Bu günə qədər ermənilər tərəfindən 147 meyit qalıqları bizə
təhvil verilib. Onlar birinci Qarabağ müharibəsi zamanı kütləvi
məzarlıqlarda basdırıldıqları üçün bizə qarışıq vəziyyətdə
verilmişdi.

Bunu AzerTimes-a
üsahibəsində Respublika Hərbi Prokurorluğunun Xüsusi İstintaq
şöbəsinin rəisi Emil Tağıyev deyib.

O bildirib ki, təhvil verildikdən sonra meyitlər bir-bir
ayrılıb, məhkəmə-tibbi ekspertin iştirakı ilə müayinələr aparılıb
və identifikasiya üçün müvafiq molekulyar-genetik ekspertizalar
təyin edilib.

“Birinci Qarabağ müharibəsi dövründə 3890 itkin düşmüş
Azərbaycan vətəndaşı var və itkin düşmüş hər bir şəxsin yaxın
qohumlarından götürülmüş nümunələrlə həmin meyit qalıqlarının
identifikasiyası aparılır. Hazırda işlər gedir və bu da müəyyən
müddət tələb edir. Ehtimal ki, qısa müddət ərzində rəyimiz olacaq”,
– deyə o bildirib.

Teqlər: