Ermənilər Bakıda: 19 sənəd imzalandı

Ermənilər Bakıda: 19 sənəd imzalandı

Müstəqil Dövlətlər Birliyinin (MDB) Sərhəd Qoşunları Komandanları Şurasının Bakıda keçirilən 86-cı iclasının yekunları üzrə 19 sənəd imzalanıb.

AzerTimes xəbər verir ki, bu barədə Sərhəd Qoşunları Komandanları Şurası sədrinin müavini – Koordinasiya Xidmətinin sədri general-polkovnik Aleksandr Manilov jurnalistlərə açıqlamasında bildirib.

“Bugünkü iclasın yekunlarına əsasən, MDB Sərhəd Xidmətləri Şurasının gələcək fəaliyyətini və işini tənzimləyən 19 sənəd imzalanıb”, – o deyib.

A.Manilov qeyd edib ki, əsas sənəd Birlik ölkələrinin xarici sərhədlərindəki vəziyyəti əks etdirir.

Teqlər: