Ermənilər artilleriyadan mövqelərimizi atəşə tutdu

Ermənilər artilleriyadan mövqelərimizi atəşə tutdu

Mayın 12-si saat 18:00 radələrində Ermənistan silahlı qüvvələrinin Basarkeçər rayonunun Zod istiqamətində yerləşən bölmələri Azərbaycan Ordusunun üzbəüz mövqelərini D-30 topları və minaatanlardan atəşə tutub.

Bu barədə AzerTimes-a Azərbaycan Müdafiə Nazirliyindən bildirilib.

Azərbaycan Ordusunun bölmələri tərəfindən zəruri cavab tədbirləri görülür.

Bölmələrimiz itki verməyib.

Teqlər: