Ermənilər Alban məbədlərini saxtalaşdırıblar, dağıdıblar – Alban-udi dini icmasının sədr müavini (VİDEO)

Xəbər - Elçin Mehdiyev – Trend:

Ermənilər Alban məbədlərini saxtalaşdırıblar, dağıdıblar, özününküləşdiriblər.

AzerTimes-ın məlumatına görə, bunu Alban-udi xristian dini icmasının sədr müavini Rafik Danakarin icma üzvlərinin işğaldan azad edilmiş Xocavənd rayonunun Tuğ kəndinə səfəri zamanı deyib.

O qeyd edib ki, bu gün müqəddəs gündür: “Birinci dəfədir bu monastra gəlirik, bizim üçün çox xoş oldu. Bir az da kədərləndik, çünki gördük ki, ermənilər buranı saxtalaşdırıblar, dağıdıblar, özününküləşdiriblər. Amma buna baxmayaraq, biz bu gün burada udi dilində ibadət keçirdik, şamlar yandırdıq, dualar oxuduq”.

Teqlər: