Ermənidən Cəfərova: “Azərbaycan pasportunu necə alım?”

Ermənidən Cəfərova: “Azərbaycan pasportunu necə alım?”

Ehtiyatda olan polkovnik Üzeyir Cəfərova erməni qadın Azərbaycan pasportu almaqla bağlı sual ünvanlayıb.

AzerTimes xəbər verir ki, erməni qadının sualı Ü.Cəfərovun aparıcısı olduğu Xural TV-nin “Siyasət meydanı” verilişinin efirində səsləndirilib.

Lusiya İvanyan adlı erməni Şuşa işğal altında olduğu illərdə orada yaşadığını, 2020-ci il müharibəsi zamanı Xankəndiyə getdiyini deyib: “Mən və ailəm Azərbaycan pasportu almaq istəyirik. Bunu Stepanakertdə harda etmək olar?”

Polkovnikin İvanyana cavabı isə belə olub: “Hörmətli Lusiya İvanyan, bildiyim qədərilə sizin müraciət etməyiniz üçün Azərbaycanın aidiyyəti orqanlarının qaynar telefon xətləri var. Onlar sizə hara müraciət etməli olduğunuzu izah edəcəklər. Birincisi, siz “Stepanakert”də yox, Azərbaycan şəhəri Xankəndidəsiniz. Mən bilmirəm ki, bu şəxs həqiqətən sizsiniz, yaxud sizin adınızdan başqası yazıb, amma bir halda ki yazıbsınız, əgər pasport almaq istəyirsinizsə, bunu Azərbaycanda etmək olar və bu məsələdə hansısa problemin olduğunu düşünmürəm. Sizə uğurlar arzulayıram”.

Polkovnik İvanyandan digər ermənilərə də başqa yolun olmadığını izah etməsini istəyib:

“Siz öz erməni qonşularınızla, dostlarınızla, yoldaşlarınızla daha çox ünsiyyətdə olun və onlara başqa yolun olmadığını izah edin. Başqa çıxış yolu yoxdur, siz rus sülhməramlılara ümid etməyin və biz onları iki il yarımdan (beş illik müddətin sonunda – red.) sonra burdan getməyə məcbur edəcəyik. Burada bir nəfər olsun, rus əsgəri olmayacaq. Ona görə də bu nə qədər tez olsa, o qədər yaxşıdır. Fikrimcə, siz bu məsələni edə bilərsiniz və siz bundan yalnız udacaqsınız”.

Üzeyir Cəfərov bildirib ki, əgər ermənilər Azərbaycan qanunlarını qəbul edib Qarabağda yaşamaq istəyirlərsə, biz onlara şərait yaradacağıq.

Teqlər: