Erməni yepiskov müharibəyə çağırdı

Erməni yepiskov müharibəyə çağırdı

Bəli, mən özümü revanşist hesab edirəm və ömrümün son saniyəsinə qədər belə yaşayacam.

AzerTimes xəbər verir ki, bu sözləri Ermənistanın Tavuş yeparxiyasının rəhbəri arxiyepiskop Baqrat Qalstanyan deyib.

“Bu, daim diz çöküb sürünmək deyil, əksinə, Rəbbimizin hüzurunda durub, “İmanımı artır ki, Yer üzündə sənin işini görüm”, – deməkdir. Və biz düşünməliyik ki, Yer üzündə Allahın işini görürük. Bəli, bu yol qisas yoludur, evi bərpa etməyin başqa yolu nədir? Bu, nifrət deyil, əksinə, sevgi deməkdir, sədaqət deməkdir; bu, sarsılmaz iman, son ümid, fədakarlıq, cəsarət və bütün fəzilətləri nəzərdə tutur. Ola bilməz ki, insan bütün daxili aləmi alt-üst olsun və dinc yaşasın”, – o bildirib.

Qeyd edək ki, qətliamlar, terror, işğal düşüncəsi ermənilərdə hər zaman kilsə ideologiyası olub və Qalstyanın açıqlamasını da bunu təsdiqləyir.

Teqlər: