Ermənistanın Tavuş vilayətinin Kirants (Xeyrimli) kəndində erməni vandalları Azərbaycana təhvil veriləcək ərazidəki ağacları məhv etməyə başlayıblar.
AzerTimes xəbər verir ki, bununla bağlı sosial şəbəkələrin erməni seqmentində məlumatlar yayılıb.
Qeyd edək ki, bundan öncə Kirantsda sakinlərdən biri həyətyanı sahəsinin Azərbaycanın ərazisinə düşəcək hissəsindəki tikiliyə od vurmuşdu.