Erməni parlementində dava: İclas dayandırıldı

Erməni parlementində dava: İclas dayandırıldı

Ermənistan parlamentinin iclasında dava düşüb.

AzerTimes xəbər verir ki, bu barədə erməni mediası məlumat yayıb.

“Davaya səbəb Baş nazir Nikol Paşinyanın bir gün əvvəl qalmaqal yaradan fikirlərini şərh edən “Ermənistan” blokunun deputatı Qeqam Manukyanın çıxışı olub. O, hakim partiyanın deputatlarını “Nikolu yox, ölkəni xilas etməyə” çağırdığı zamanı ittihamlar və qarşılıqlı təhqirlər başlayıb. Bundan sonra hakim partiyanın deputatları yerlərindən qışqırmağa başlayıblar. Onun çıxışından sonra da söz atışması davam edib. Vitse-spiker Akop Arşakyan fasilə elan etmək məcburiyyətində qalıb”, – məlumatda deyilib.

Teqlər: