Erməni nazir Hindistan səfirinə təşəkkür etdi

Erməni nazir Hindistan səfirinə təşəkkür etdi

Ermənistanın müdafiə naziri Suren Papikyan və Hindistanın Ermənistandakı səfiri Kişan Dan Deval arasında görüş keçirilib.

AzerTimes xəbər verir ki, bu barədə Ermənistan Müdafiə Nazirliyinin mətbuat xidməti məlumat yayıb.

Papikyan və Deval ikitərəfli əməkdaşlıq məsələlərini müzakirə ediblər.

Qeyd olunub ki, Papikyan missiyasını başa vurmaqda olan səfirə Ermənistan-Hindistan əməkdaşlığının inkişafına verdiyi mühüm töhfəyə görə təşəkkür edib.

Səfir öz növbəsində müdafiə nazirinə əməkdaşlığa görə təşəkkür edib və əməkdaşlığın bundan sonra da inkişaf edəcəyinə əminliyini bildirib.

Qeyd edək ki, ötən il sentyabrda Dehli və İrəvan arasında 250 milyon dollarlıq müqavilə imzalayıb və bu müqaviləyə əsasən Ermənistan Hindistan istehsalı olan “Pinaka” reaktiv yaylım atəşi sistemləri alıb.

Teqlər: