Erməni müxalifəti deputat mandatından məhrum edilir

Erməni müxalifəti deputat mandatından məhrum edilir

Ermənistan parlamentinin bugünkü növbədənkənar iclasında müxalifətdən olan deputatların mandatdan məhrum edilməsi reallaşacaq.

AzerTimes xəbər verir ki, bu barədə “Hraparak” nəşri məlumat yayıb.

Bildirilib ki, müxalifətin sahib olduğu 33 mandatın hamısı deyil, 10-14 mandatın geri alınması gündəmdədir:

“Qanunvericiliyə uyğun olaraq, parlament iclaslarının yarıdan çoxunda iştirak etməyən deputatın mandatı geri alına bilər. Hakim partiya da bu qanundan istifadə edəcək. Əsas məqsəd isə hakimiyyəti sərt tənqid edən deputatlardan yaxa qurtarmaqdır. “Mülki müqavilə” fraksiyası bununla tənqidçilərini cəzalandıracaq və parlamentdə “təhlükə yaradan” şəxslərdən qurtulacaq”.

Müxalifətin cavabının nə olacağına gəlincə, qəzetin mənbəsi qeyd edib ki, müxtəlif tədbirlər müzakirə olunur ki, bunlardan biri də kollektiv şəkildə mandandan imtina etməkdir.

Teqlər: