Erməni mənbələri tərəfindən Rusiya sülhməramlı kontingentinin
müvəqqəti yerləşdiyi Azərbaycan əraziləri boyunca guya vəziyyətin
gərginləşdiyi barədə verilən xəbərlər həqiqəti əks etdirmir.
Müdafiə Nazirliyindən AzerTimes-a bildirilib ki, məntəqədə
mövqelərin və dislokasiya yerlərinin dəqiqləşdirilməsi aparılır,
hər hansı toqquşma və ya insident baş verməyib.
Erməni mənbələri tərəfindən süni şəkildə vəziyyət şişirdilir.
Məqsəd qəsdən isterikaya səbəb ola biləcək abu-hava yaratmaq,
ictimaiyyəti çaşdırmaq və yanlış istiqamətə yönəltməkdən ibarətdir.
Narahatlıq və təşviş üçün heç bir əsas yoxdur.
Azərbaycan Ordusunun bölmələri əməliyyat şəraitinə tam nəzarət
edir.