Erməni mediası azad və müstəqil sayıla bilməz – Akopyan

Erməni mediası azad və müstəqil sayıla bilməz – Akopyan

Erməni jurnalistləri törətdikləri təxribatlara görə qınayıram və deputatları tolerantlıq nümayiş etdirməyə çağırıram.

AzerTimes xəbər verir ki, bunu Ermənistan Teleradio komissiyasının rəhbəri Tiqran Akopyan deyib.

“Bəzi jurnalistlər təxribatçı davranışlarla məşğuldurlar. Eyni zamanda, bir neçə yayımçı da bəzi deputatların jurnalistə və ümumilikdə media resursuna qarşı ayrı-seçkilik, hörmətsizlik münasibəti ilə bağlı şikayətlərlə Komissiyaya müraciət edib. Ermənistanda audiovizual media sahəsinə gəlincə, bu sektoru tamamilə azad və müstəqil hesab etmək olmaz. Sferaya bir çox obyektiv və subyektiv amillər təsir edir ki, bu da müstəqillik səviyyəsinin zəifləməsinə, təbliğat komponentinin artmasına, məzmunun və məlumatlılığın keyfiyyətinin azalmasına gətirib çıxarır”, – o bildirib.

Teqlər: