Erməni kilsəsinin rəhbəri erməni cəmiyyətini müharibə, revanşizmə ruhlandırır – Allahşükür Paşazadə (FOTO)

Xəbər - Elçin Mehdiyev – Trend:

Biz Qarabağda mənəvi abidələrimizi dirçəldirik, məscidlərlə
yanaşı kilsə və digər məbədləri yenidən qurur, bərpa edirik, erməni
kilsəsi isə xristian dünyasının təəssübkeşliyini qazanmaq üçün
qarayaxmalar yayır, Qarabağda guya kilsələrin dağıdılması barədə
yalan, böhtanlar danışır, öz aqressiv münasibətini, qızışdırıcı
fəaliyyətini davam etdirir.

AzerTimes-ın məlumatına görə, bunu Qafqaz Müsəlmanları İdarəsinin
sədri Şeyxülislam Allahşükür Paşazadə Xocalı soyqırımının ildönümü
ilə bağlı keçirilən tədbirdə deyib.

A.Paşazadə bildirib ki, çox təəssüf ki, erməni kilsəsinin
rəhbəri əlində İncil və xaç Xankəndinə gələrək ermənilərə nicat
verəcək sülh ideyalarını təşviq etmək, dinc həyata, qarşılıqlı
anlaşma və əməkdaşlığa sövq etmək əvəzinə yenidən müharibə,
revanşizmə ruhlandırır.

“Din xadiminin yeni müharibələrə, nifrətə, işğalçılığa,
separatçılığa səsləyən bəyanatlarına, irqçi çağırışlarına dünya
ictimaiyyəti biganə qalmamalıdır”, – deyə A.Paşazadə bildirib.

Teqlər: