Erməni ilə dostluğu Əylisliyə “tapşıraq” – Seyran Səxavət

Erməni ilə dostluğu Əylisliyə “tapşıraq” – Seyran Səxavət

Azərbaycan-Ermənistan münaqişəsi ilə bağlı qalmaqallı “Daş yuxuları” romanının müəllifi, bu romanına görə kitabları yandırılan, “xalq yazıçısı” adından məhrum edilən Əkrəm Əylisli verdiyi müsahibələrdən birində bildirib ki, o, iki xalqın (Azərbaycan və Ermənistan) bir-biri ilə dil tapması, sülh şəraitində yaşamasının mümkünlüyünə inanır, yetər ki, hər iki tərəfi pozitivə yükləmək üçün işlər görülsün.

Mövzu ilə bağlı AzerTimes-a açıqlama verən görkəmli yazıçı Seyran Səxavət bu fikirlə razılaşmadığını bildirib.

“Gəlin “neqativi” tapşıraq Əkrəm Əylisliyə, qoy özü də neqativliyi götürsün. Belə şeyləri o daha yaxşı bacarır”, – yazıçı deyib.

Teqlər: