Erməni icması ilə Yevlaxda görüş baş tutarsa…

Erməni icması ilə Yevlaxda görüş baş tutarsa…

Azərbaycanın hökumət nümayəndələri ilə Qarabağ erməniləri arasında görüşün Yevlaxda keçirilməsi xəbəri təsdiqlənərsə, bunu müsbət qiymətləndirmək olar. Separatçıların təzyiqi və əmri ilə hərəkət edən Qarabağ ermənilərinin Bakıda görüşmək təklifindən imtinalarından sonra məsafəcə Xankəndiyə yaxın olan Yevlax variantından da imtina etmələri mövqelərini daha da zəiflədəcək.

AzerTimes xəbər verir ki, bu sözləri politoloq Elxan Şahinoğlu Yevlaxda Qarabağın erməni icması ilə görüşün mümkünlüyü barədə yayılan xəbər haqda qeyd edib.

“Əsas odur ki, Yevlaxdakı mümkün görüşdə üçüncü tərəfə, o cümlədən Rusiya hərbi kontingentinin iştirakına ehtiyac yoxdur. Yevlaxa gələn bir müddət sonra Bakıya da gəlmək məcburiyyətində qalacaq. Yevlaxda görüşə razılaşarlarsa (erməni mənbələri hələ ki, Yevlaxda görüş barədə heç bir məlumat yaymayıblar), erməni separatçılar və Ermənistan hakimiyyəti “yalnız üçüncü tərəfin iştirakı ilə neytral ərazidə müzakirələr aparaq” tələbindən geri çəkilməli olacaq”, – politoloq bildirib.

Teqlər: