Erməni hərbi hissəsində insident: cəza olacaq

Erməni hərbi hissəsində insident: cəza olacaq

Ermənistanda hərbi hissədə baş verən yanğınla bağlı ordunun yüksək vəzifəli şəxslərinin vəzifədən azad edilməsi gözlənilir.

AzerTimes xəbər verir ki, bu barədə “Lurer” məlumat yayıb.

Mənbənin sözlərinə görə, ikinci korpusun komandiri və Silahlı Qüvvələrin yanğından mühafizə xidmətinin rəisi vəzifəsindən azad ediləcək.

Qeyd edək ki, ötən gecə Basarkeçər rayonunundakı hərbi hissələrdən birində yanğın baş verib. İlkin məlumatlara görə, 15 erməni hərbçi ölüb, yaralılar var.

Teqlər: