Erməni hərbçilərinin meyitləri təhvil verildi

Erməni hərbçilərinin meyitləri təhvil verildi

Azərbaycan Ermənistana daha 10 erməni hərbçinin meyitini təhvil verib.

AzerTimes xəbər verir ki, bu barədə Ermənistan Müdafiə Nazirliyinin mətbuat katibi Aram Torosyan açıqlama verib.

O, bildirib ki, meyitlər ekspertizaya göndəriləcək. Təhvilvermə prosesi Rusiyanın vasitəçiliyi ilə baş tutub.

Qeyd edək ki, erməni teleqram-kanallarda 12-13 sentyabr döyüşlərində məhv edilmiş hərbçilərin meyitlərinin Şuşa yaxınlığında təhvil verildiyi haqda iddia yayılmışdı.

Teqlər: