Erməni hərbçi qəzada öldü

Erməni hərbçi qəzada öldü

Ermənistanın Geqarkunik vilayətində yol-nəqliyyat hadisəsi nəticəsində müqavilə əsasında xidmət edən 23 yaşlı hərbçi Pavlik B. ölüb.

AzerTimes xəbər verir ki, bu barədə Ermənistan mətbuatı məlumat yayıb.

Hadisə Çəmbərək-Draxtik avtomobil yolunda baş verib.

Hərbçinin idarə etdiyi avtomobil yolun metal məhdudlaşdırcı divarına dəyərək küvetə yuvarlanıb. Sürücü hadisə yerində ölüb.

Faktla bağlı araşdırma aparılır.

Teqlər: