Bu gün Ermənistanın Kotayk vilayətində ağır qəza baş verib.
AzerTimes erməni mediasına istinadla xəbər verir ki, “Volksvagen” və VAZ 2106 markalı avtomobillərin toqquşması nəticəsində bir nəfər ölüb, 7 nəfər ağır xəsarətlər alıb.
Məlumata görə, qəzaya düşən 5 nəfər güləşçidir və Qarniyə “həlak olan güləşçilərə həsr edilən” yarışda iştirak etmək üçün gedirlərmiş.
Ölən şəxs güləşçilərdən biridir, digər 4 güləşçi isə olduqca ağır vəziyyətdədir.