Erməni əsgər sərhəddə güllə yarası aldı

Erməni əsgər sərhəddə güllə yarası aldı

Ermənistan ordusunun Göyçə mahalının Zod kəndi yaxınlığında yerləşən postunda əsgərlərdən biri yaranalıb.

AzerTimes xəbər verir ki, bu barədə “Hraparak” məlumat yayıb.

İddiaya görə, ayağından yaralanan əsgər Basarkeçər xəstəxanasına yerləşdirilib.

Məlumatda qeyd edilib ki, əsgər öz silahından açılan atəş nəticəsində yaralanıb.

Qeyd edək ki, erməni ordusunda özbaşınalıq və xaos adi hala çevrilib. Hazırda yaralanan əsgərin də xidmət etməmək üçün öz-özünü vurduğu, yoxsa yoldaşı tərəfindən güllələndiyi müzakirə oluna bilər.

Teqlər: