Erməni əsgər güllə yarası aldı

Erməni əsgər güllə yarası aldı

Ermənistan ordusunun N saylı hərbi hissəsinin əsgəri güllə yarası alıb.

AzerTimes xəbər verir ki, hadisə 29 yanvarda, axşam saatlarında baş verib.

Erməni Teleqram kanallarının məlumatına görə, ilkin ehtimal əsgərin “silahla davranış qaydasını pozması nəticəsində” açılan güllədən yaralanmasıdır. Onun intihar məqsədilə özünü güllələməsi də istisna edilmir.

Hazırda yaralının vəziyyətinin həddən artıq ağır olduğu bildirilir.

İstintaq aparılır.

Teqlər: