Ukrayna: Rusiya 4 istiqamətdə hücumları davam etdirir

Ukrayna: Rusiya 4 istiqamətdə hücumları davam etdirir

Rusiya Silahlı Qüvvələri dörd istiqamətdə hücumları davam etdirir.

AzerTimes xəbər verir ki, bu barədə Ukrayna Baş Qərargahı məlumat yayıb.

“Düşmən Liman, Baxmut, Adveyevka və Novopavlov istiqamətlərinə hücumları davam etdirir. Digər istiqamətlərdə isə müdafiə olunur”, – deyə bildirilib.

Həmçinin bildirilib ki, Rusiya gün ərzində reaktiv yaylım atəşi sistemindən yaşayış məntəqələrinə 24 zərbə endirib.

Teqlər: