Erməni əsgər döyüş mövqeyində güllə yarası aldı

Erməni əsgər döyüş mövqeyində güllə yarası aldı

Ermənistan ordusunun əsgəri sərhəddə güllə yarası alıb.

AzerTimes xəbər verir ki, bu barədə Ermənistan MN məlumat yayıb.

Bildirilib ki, bu gün saat 19:50 radələrində Göyçə mahalının Yuxarı Şorca (Verin Şorj) ərazisində S.D. inisiallı erməni əsgər yaralanıb.

Yaralının ağır vəziyyətdə olduğu bildirilib.

Ermənistan MN iddia edib ki, erməni əsgər qarşı tərəfdən açılan atəş nəticəsində yaralanıb.

Teqlər: