Erməni əsgər çılpaq fotolara bütün hərbi sirri satdı

Erməni əsgər çılpaq fotolara bütün hərbi sirri satdı

Ermənistan Milli Təhükəsizlik Xidməti dövlətə xəyanətdə şübhəli bilinən şəxsi saxlayıb.

AzerTimes xəbər verir ki, bu barədə qurumun yaydığı məlumatda bildirilib.

Məlumata görə, saxlanılan şəxs Müdafiə Nazirliyinin 2021-ci ilin avqust-noyabr aylarında keçirdiyi hərbi toplanışlarda iştirak edib. Şübhəli 2021-ci ildə sosial şəbəkələr vasitəsilə özünün yeri, düşərgələrində iştirak edənlərin sayı, silahlar və digər məxfi məlumatları xarici kəşfiyyat xidmətlərinə ötürməkdə ittiham olunur.

Dindirilmə zamanı şübhəli etiraf edib ki, özü xarici kəşfiyyatla əlaqə saxlayıb və göstərdiyi xidmətə görə həmsöhbətinin çılpaq fotolarını əldə edib.

Araşdırma davam etdirilir.

Teqlər: