Erməni baş prokurordan Kamil Zeynallı açıqlaması

Erməni baş prokurordan Kamil Zeynallı açıqlaması

Ermənistanın Baş prokuroru Anna Vardapetyan bu il 20 fevralda Moskva aeroportunda həbs edilən azərbaycanlı fitnes-məşqçi Kamil Zeynallı haqqında danışıb.

AzerTimes xəbər verir ki, Vardapetyan bu gün parlament çıxışında “azərbaycanlı blogerin saxlanılması”na toxunub.

“Rusiyadakı işlərdən birində azərbaycanlı bloger saxlanılıb. Bu da bizim müraciətimiz nəticəsində baş verdi, lakin məsələ lazımi prosesə çatmadı. Müəyyən siyasi proseslər başladı, sənədləri təqdim etmək üçün bizə vaxt verilmədi, sonra bizi manipulyasiya etməyə çalışdılar. Bu, təbii ki, hüququn sərhədlərindən kənar bir hekayədir”, – deyə o qeyd edib.

Vardapetyan dəqiqləşdirməsə də, söhbətin Kamil Zeynallıdan getdiyi aydındır.

Erməni mediası isə K.Zeynallının həbsdən azad edilməsini birbaşa Ermənistan Baş Prokurorluğunda görüb. İddia edilib ki, Ermənistana sorğu verilsə də, Ermənistan Baş Prokurorluğu K.Zeynallı ilə bağlı materialları yalnız 22 fevralda göndərib.

“22 fevralda isə Kamil Zeynallı artıq evində idi”, – deyə qeyd edilib.

Teqlər: