Erməni avtomobil nömrələri Xankəndidə – Foto

Erməni avtomobil nömrələri Xankəndidə – Foto

Xankəndi şəhərində keçirilən paradda vaxtilə Azərbaycan ərazilərdə qanunsuz yerləşdirilən erməni silahlı birləşmələrindən qənimət kimi götürülən avtomobil və texnikaların nömrə nişanlarından hazırlanan nəhəng lövhə nümayiş etdirilib.

AzerTimes xəbər verir ki, lövhə Azərbaycan Silahlı Qüvvələrinə məxsus hərbi texnikanın üzərində yerləşdirilib.

Lövhədə böyük hərflərlə ZƏFƏR sözü yazılıb. Həmin lövhə böyük yük avtomobilinin üzərində yerləşdirilib və parad zamanı meydanda Ali Baş Komandan İlham Əliyevin önündən keçib.

Qeyd edək ki, noyabrın 8-də Xankəndi şəhərində Vətən müharibəsində əldə edilən Zəfərin üçüncü ildönümünə həsr olunan hərbi parad keçirilib. Azərbaycan Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyev, birinci xanım Mehriban Əliyeva və oğulları Heydər Əliyev paradda iştirak ediblər.

Teqlər: