Erməni atəşindən yaralanan “Bakcell” əməkdaşının vəziyyəti açıqlanıb

“Bakcell” erməni atəşindən yaralanan əməkdaşının vəziyyətini açıqalyıb.

Şirkətdən AzerTimes-a verilən xəbərə görə məlumatda deyilir:

“Böyük təəssüflə bildiririk ki, Ağdam rayonunun işğaldan azad olunmuş ərazilərində xidməti vəzifələrini yerinə yetirən əməkdaşlar erməni silahlıları tərəfindən atəşə tutulub. Hadisə nəticəsində yaralanan Anar Rəhimliyə hazırda tibbi xidmət göstərilir və həyatı üçün təhlükə yoxdur”, – məlumatda deyilir.

Bildirilir ki, hazırda Bakcell şirkəti işğaldan azad olunmuş ərazilərimizdə mobil şəbəkənin qurulması istiqamətində genişmiqyaslı işlər aparır:

“Əməkdaşlarımızın Ağdama səfərinin məqsədi də həmin ərazidə mobil şəbəkənin qurulması olub” – şirkətin açıqlamasında əlavə edilir.

Teqlər: