“Çinin maliyyə sistemi: qabaqlayıcı iqtisadi inkişafın stimullaşdırılması” adlı monoqrafiyanın təqdimatı keçirilib (FOTO)

29 Dekabr 2021-ci ildə Odlar Yurdu Universitetində i.e.d., prof. Elşad Məmmədov və Aslan Əzimzadənin müəllifləri olduqları “Çinin maliyyə sistemi: qabaqlayıcı iqtisadi inkişafın stimullaşdırılması” adlı monoqrafiyanın təqdimatı keçirilib.

Trend xəbər verir ki, monoqrafiya Çin Xalq Respublikasında qabaqlayıcı sosial-iqtisadi inkişafın təmin edilməsində, dayanıqlı ictimai-siyasi sistemin formalaşdırılmasında müstəsna rola malik olan Çin Kommunist Partiyasının 100 illiyinə ithaf edilmişdir.

Qeyd etmək lazımdır ki, monoqrafiya Çinin maliyyə sistemi ilə bağlı ölkədə aparılan nadir elmi tədqiqatlardandır və onun o cümlədən Azərbaycan iqtisadiyyatı ilə bağlı tətbiqi effekti danılmazdır.

Təqdimatda Odlar Yurdu Universitetinin prorektorları prof. Tərlan Abdullayev və dos. Qabil Qafarov, Çin Xalq Respublikasının Azərbaycan Respublikasında səfirliyinin siyasi şöbəsinin rəhbəri Syuy Tsin, monoqrafiyanın müəllifləri i.e.d., prof. Elşad Məmmədov və Aslan Əzimzadə çıxış etmişdir.

Təqdimatda həmçinin Çin Xalq Respublikasının Azərbaycan Respublikasındakı səfirliyinin iqtisadiyyat şöbəsinin rəhbəri Ven Qoxuey, Odlar Yurdu Universitetinin professor müəllim heyyəti, tanınmış iqtisadçılar, ekspertlər iştirak etmişdir. Maraqlı keçən tədbir ölkənin aparıcı Kütləvi İnformasiya Vasitələri (KİV), telekanalları tərəfindən işıqlandırılmışdır.

Teqlər: