Ərəbistanın Tehran səfirliyinə də hücum olmuşdu

Ərəbistanın Tehran səfirliyinə də hücum olmuşdu

Xatırlatmalıyam ki, 7 il öncə yanvar ayında Ərəbistanın Tehrandakı səfirliyinə də belə bir hücum olmuşdu. Etirazçılar Ərəbistanda şiə aliminin edamına qarşı çıxaraq, səfirlik binasına “Molotov kokteyli” atmışdılar.

Bu sözləri AzerTimes-a açıqlamasında güneyli milli fəal Murtaza Muradpur Azərbaycanın İrandakı səfirliyinə edilən terror hücumundan danışarkən deyib.

O, bu hücumu Azərbaycan-İran arasındakı gərginliklə əlaqələndirib:

“Son günlər İranla Azərbaycananın münasibətlərində gərginlik yaşanır. Hücumun səbəblərindən biri də bu ola bilər. Zəngəzur dəhlizinin açılması ilə bağlı müzakirələr, Qarabağdakı zəfərimiz İranı pərişan edib. Eləcə də fars rejiminin daxili məsələ dediyi Güney Azərbaycanla bağlı problemlərin daima Şimal Azərbaycan mətbuatında işıqlandırılması İranı narahat edir. Bu hadisələrə cavab olaraq da İran bu addımı atıb. Hücumun arxasında “Bəsic” qüvvələri, yaxud da dövlətə yaxın hər hansı təşkilat dayandığını düşünürəm”.

Teqlər: