Ərəbistan İsraillə əlaqələr üçün şərtini açıqladı

Ərəbistan İsraillə əlaqələr üçün şərtini açıqladı

Səudiyyə Ərəbistan Qəzzadakı müharibədən sonra İsraillə münasibətlərin normallaşdırılmasında maraqlıdır, lakin istənilən razılaşma Fələstin dövlətinin yaradılmasına gətirib çıxarmalıdır.

AzerTimes xəbər verir ki, bu barədə Səudiyyə Ərəbistanının Böyük Britaniyadakı səfiri Şahzadə Xalid bin Bəndər BBC-yə açıqlamasında deyib.

“Səudiyyə Ərəbistanı hələ də İsraillə əlaqə qurmağa hazırdır. Lakin bu, Fələstin xalqının hesabına olmayacaq. Beynəlxalq ictimaiyyət Qəzzada döyüşləri dayandırmaq üçün kifayət qədər səy göstərmir”, – səfir bildirib.

Teqlər: