Ərəb ölkələri İsraildən HHM sistemləri aldı

Ərəb ölkələri İsraildən HHM sistemləri aldı

BƏƏ və Bəhreyn İbrahim Sülh Sazişinin imzalanmasından sonra İsraildən hava hücumundan müdafiə sistemləri alıb.

AzerTimes xəbər verir ki, “Vol Strit Jornal” məlumat yayıb.

“İsrailli hərbi podratçılar BƏƏ və Bəhreyni qabaqcıl hava hücumundan müdafiə sistemləri ilə təchiz etmək üçün müqavilələr imzalayıblar. Onlar Mərakeşdə pilotsuz təyyarələr fabrikləri tikmək üçün müqavilə bağlayıblar. Hazırda qabaqcıl radar texnologiyasından tutmuş kibertəhlükəsizlik sistemlərinə qədər, hər şeyi satmağı müzakirə edirlər”, – məlumatda deyilir.

Mənbələrin bildirdiyinə görə, Mərakeş də bu podratçılarla İsrail pilotsuz təyyarəsini almağa razılaşıb.

Teqlər: