Ərəb koalisiyası Yəmən üsyançılarının minalanmış pilotsuz təyyarəsini dəf edib

Səudiyyə Ərəbistanının komandanlığı altında koalisiyasının hava hücumundan müdafiə bölmələri minalanmış pilotsuz uçuş aparatını (PUA) dəf edərək məhv edib. PUA “Ənsar Allah” hərəkatından olan Yəmən üsyançıları-husilər tərəfindən buraxılıb.

AzerTimes-ın məlumatına görə, bu barədə “Al Arabiya” televiziya kanalı xəbər verib.

Məlumata əsasən, həmin PUA krallığın cənubunda yerləşən Abha şəhərinin beynəlxalq hava limanını hədəf alıb.

Xəsarət alan və ya dağıntılar barədə məlumat verilməyib.