Ərəb koalisiyası husilərin üç minalanmış dronlarını dəf edib

Səudiyyə Ərəbistanının rəhbərlik etdiyi Ərəb koalisiyasının hava hücumundan müdafiə qrupları “Ənsar Allah” Yəmən hərəkatının (husilər) minalanmış üç pilotsuz uçuş aparatını dəf edib.

AzerTimes-ın TASS-a istinadən verdiyi məlumata görə, bu barədə Al Arabia telekanalı xəbər yayıb.

Bildirilib ki, nəticədə uçuş aparatları məhv edilib.


Məlumata əsasən, partlayıcı ilə dolu PUA-lar Yəmən ərazisindən Səudiyyə Ərəbistanın cənubregionu istiqamətində buraxılıb.

Teqlər: