Ərdoğanla qorxudurdunuz: amma Rusiyanı siz satdınız!

Ərdoğanla qorxudurdunuz: amma Rusiyanı siz satdınız!

Rusiya sərhədçiləri 2024-cü il avqustun 1-dək Ermənistandakı Zvartnots hava limanını tərk edəcəklər.

AzerTimes xəbər verir ki, bu sözləri tanınmış rusiyalı hərbi-siyasi ekspert İqor Korotçenko qeyd edib.

O bildirib ki, Paşinyan bunu siyasi deyil, “işlək proses” adlandırıb:

“Uzun müddət erməni lobbiçiləri rusları “dəhşətli Ərdoğan”la, “Böyük Turan”, Türkiyə, Azərbaycanla qorxutdular və sonda Rusiyanın bütün gücünü sıxaraq kollektiv Qərblə qarşı-qarşıya qaldığı bir vaxtda – Rusiyanı məhz Ermənistan satdı.

Amma serblər Rusiyaya xəyanət etmədilər!”

Teqlər: