Ərdoğanla Putin arasında növbəti dəfə telefon danışığı olub

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanla Rusiya prezidenti
Vladimir Putin arasında növbəti dəfə telefon danışığı baş
tutub.

Trend-in
məlumatına görə, bu barədə Türkiyə prezidentinin mətbuat xidməti
bildirib.

Qeyd olunur ki, liderlər Ukraynadakı vəziyyətlə yanaşı, bir sıra
digər məsələləri müzakirə ediblər.

R.T.Ərdoğan Rusiya ilə Ukrayna arasında döyüşlərin başa çatması
və sülhün təmin olunması üçün təşəbbüslərini davam etdirməyə hazır
olduğunu bildirib.

Eyni zamanda, V.Putin ABŞ-da həbsdə olan rusiyalı pilot
Konstantin Yaroşenko ilə Türkiyədə həbsdə saxlanan ABŞ vətəndaşı
Trevor Ridin mübadiləsinin həyata keçirilməsinə görə türkiyəli
həmkarına təşəkkür edib.