Ərdoğanla Kılıçdaroğlu eyni gündə İstanbulda mitinq keçirəcək

Ərdoğanla Kılıçdaroğlu eyni gündə İstanbulda mitinq keçirəcək

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan və prezidentliyə digər namizəd, CHP başqanı Kamal Kılıçdaroğlu İstanbulda eyni gündə və eyni saatda seçki mitinqi keçirəcək.

AzerTimes xəbər verir ki, bu barədə “Haberler” məlumat yayıb.

Mitinqin mayın 7-də baş tutacağı planlaşdırılır.

Qeyd olunub ki, Ərdoğan keçmiş hava limanının yerindəki “Millət” bağında tərəfdarları qarşısında çıxış etməyi planlaşdırır. Kılıçdaroğlunun isə Maltəpə Orxanqazi parkında mitinq keçirəcəyi gözlənilir.

Teqlər: