Türkiyə bu konfliktdə Ukraynanı dəstəkləyir və bu müharibəyə son qoymağa çalışan yeganə ölkədir.
AzerTimes xəbər verir ki, bu sözləri Türkiyə prezidentinin sözçüsü İbrahim Kalın deyib.
“Biz Ukraynanın suverenliyini və ərazi bütövlüyünü tanıyırıq. Biz bu müharibədə Ukraynanın yanındayıq. Krım məsələsində olduğu kimi, hazırda keçiriləcək “referendum”un da nəticələrini tanımayacağıq”, – o bildirib.