Ərdoğanın səsi ilə dələduzluq edən şəxs yaxalandı

Ərdoğanın səsi ilə dələduzluq edən şəxs yaxalandı

Türkiyə Milli Kəşfiyyat İdarəsi (Milli İstehbarat Təşkilatı) prezident Rəcəb Tayyib Ərdoğanın səsini süni intellektlə təqlid edərək iş adamları, yüksək vəzifəli şəxslərə qarşı dələduzluq əməli törətməyə çalışan şəxsi yaxalayıb.

AzerTimes Türkiyə mediasına istinadən xəbər verir ki, aparılan araşdırmalar nəticəsində əcnəbilərin adından istifadə edərək əldə etdiyi 10-dan çox fərqli GSM xətti ilə müxtəlif şəxslərə zəng edən şəxsin yeri və kimliyi müəyyən edilib.

Hüquq-mühafizə orqanları bu kimi kibercinayətkarlıq əməllərinə qarşı vətəndaşları ayıq-sayıq olmağa çağırıb.

Teqlər: