Ərdoğanın sədrliyi ilə MTŞ-nin iclası keçirildi

Ərdoğanın sədrliyi ilə MTŞ-nin iclası keçirildi

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın sədrliyi ilə Milli Təhlükəsizlik Şurasının iclası keçirilib.

AzerTimes xəbər verir ki, iclas 3 saat 10 dəqiqə davam edib.

İclasda Türkiyənin suveren haqlarını qoruyacağı, terror qruplarının varlığına və fəaliyyətinə qətiyyən icazə verilməyəcəyi vurğulanıb.

Həmçinin terrorizmə qarşı uğurla icra edilən əməliyyatlar barədə Şuraya məlumat verilib.

Bundan əlavə, Yunanıstanın qeyri-hərbi statusdakı adaları silahlandırması ilə bağlı addımlarına son qoyulmasının vacibliyi bir daha qeyd edilib.

Teqlər: