Rusiya Tacikistandakı bazaya yeni komandan təyin etdi

Rusiya Tacikistandakı bazaya yeni komandan təyin etdi

Rusiyanın Tacikistandakı 201-ci hərbi bazasına yeni komandan təyin edilib.

AzerTimes xəbər verir ki, bu barədə Rusiyanın Mərkəzi Hərbi Dairəsinin mətbuat xidməti məlumat yayıb.

“Rusiyanın Tacikistandakı hərbi bazasının şəxsi heyətinə yeni komandan təqdim olunub. Bundan öncə Mərkəzi Hərbi Dairəsinin Samara vilayətində yerləşən Əlahiddə motoatıcı bölməsinin komandiri vəzifəsini tutan polkovnik Andrey Maruşkin yeni komandan təyin edilib”, – məlumatda deyilir.

Teqlər: