İranın Müdafiə Nazirliyi Ermənistan və Azərbaycan arasında ciddi gərginlik fonunda regionda beynəlxalq sərhədlərin heç bir dəyişikliyinə dözməyəcəyi barədə xəbərdarlıq edib.
AzerTimes xəbər verir ki, bu barədə IFP məlumat yayıb.
İddia edilib ki, müdafiə rəsmisinin açıqlamalarında iki qonşu ölkəyə toxunulmasa da, hazırda Azərbaycanın İranla həmsərhəd olan “Cənubi Ermənistanı işğal etmək təhlükəsi” regionda yeganə kritik məsələdir.
“Biz bildirmişik ki, bölgədə sərhədlərin dəyişdirilməsinə icazə verməyəcəyik. Bəzi sərhəd məntəqələrimizdə dəyişiklik etmək istədilər, lakin cəsarət etmədilər və etməyəcəklər”, – İran Müdafiə Nazirliyinin mətbuat katibi general Rza Talainik deyib.
O əlavə edib ki, İran sərhədlərin dəyişməməsi lazım olduğunu dedikdə, bu o deməkdir ki, o, müəyyən əsaslara, məsələn, hərbi gücünə əsaslanır.