İraqlı qardaşlarımızdan gözləntimiz PKK-nı terror qruplaşması olaraq tanımaq və torpaqlarını bu əli qanlı terrorçulardan təmizləməsidir.
AzerTimes xəbər verir ki, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Ankarada rəsmi səfərdə olan İraqın Baş naziri Məhəmməd Sudani ilə görüşündən sonra keçirilən mətbuat konfransında deyib.
“Terrorun istənilən növünə qarşı mübarizədə qətiyyətliyik”, – deyə Türkiyə lideri bildirib.