Ərdoğanın İraq səfəri niyə təxirə salınıb?

Ərdoğanın İraq səfəri niyə təxirə salınıb?

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın hələ avqustda planlaşdırılan İraq səfəri qeyri-müəyyən müddətə təxirə salınıb.

AzerTimes xəbər verir ki, bu barədə “Şəfəq Nyus” İraq hökumətindəki mənbəyə istinadən məlumat yayıb.

“Ərdoğanın səfərinin təxirə salınmasına səbəb İraq və Türkiyə tərəfləri arasında danışıqların bir sıra mövzuları üzrə razılığın olmaması ilə bağlıdır. Türkiyə tərəfi İraqda ticarət, su ehtiyatlarının bölüşdürülməsi, eləcə də İraq Kürdüstanından neftin Ceyhan limanı vasitəsilə təkrar ixracı ilə bağlı məsələlərə toxunmadan səfərin yalnız PKK-nın mövcudluğunun müzakirəsinə yönəlməsini istəyir. Bu səbəbdən səfər təxirə salınıb”, – mənbə qeyd edib.

Teqlər: