Ərdoğanın formulu həyata keçməyəcək – Bruter

Ərdoğanın formulu həyata keçməyəcək – Bruter

Ankaranın Fələstin və İsrailə qarant ölkələr üçün təklif etdiyi düstur çətin ki, reallaşsın, çünki İsrail rəhbərliyinə yalnız ABŞ təsir edir.

AzerTimes xəbər verir ki, bunu rusiyalı politoloq Vladimir Bruter deyib.

“Türkiyə Prezidenti Ərdoğan buna (Yaxın Şərq planının həyata keçirilməsinə – red.) heç bir ciddi çərçivədə nail ola bilməz. Çünki onun İsrail rəhbərliyinə təsir dərəcəsi ilə bağlı problem var. İsrail rəhbərliyinə təsir yalnız Vaşinqtondadır”, – o bildirib.

Ekspertin fikrincə, Təl-Əvivin mövqeyini yalnız Vaşinqton müəyyən edə bilər, lakin bir şərtlə – İsrail qalib gəlməlidir:

“Hər halda, bunu qələbə kimi göstərməlidirlər, onda qalan hər şey mümkündür”.

Teqlər: