Ərdoğanın balkon çıxışı üçün hazırlıqlar başladı

Ərdoğanın balkon çıxışı üçün hazırlıqlar başladı

Türkiyədə prezident seçkilərinin ikinci turu çərçivəsində 81 əyalətdə yerli vaxt ilə səhər saat 08:00-da səsvermə prosesi saat 17:00-da başa çatıb və səslərin hesablanmasına başlanıb.

AzerTimes xəbər verir ki, hər zaman balkon çıxışını AKP-nin Ankaradakı iqamətgahında edən Ərdoğan bu dəfə dəyişiklik edib.

Bildirilib ki, Prezident Ərdoğanın balkon çıxışı üçün Beştəpədəki Prezidentlik Külliyəsində hazırlıqlar başlanıb.

Teqlər: