Türkiyənin ixracını bu ilin sonuna kimi 265 milyard dollar, gələn il isə 285 milyard dollara çatdırmağı hədəfləmişik.
AzerTimes xəbər verir ki, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan deyib.
“2028-ci il üçün hədəfimiz isə 400 milyard dollar və daha artığıdır. Sözügedən ildə, ixracımızın 1,5 faizini təşkil edən elektronika ixracını 10 faizə yüksəltməyi hədəfləyirik. Ölkə-ölkə gəzib hədəflərimizin reallaşması üçün çox çalışacağıq. Türkiyənin son 21 ildə xarici siyasətdə atdığı addımlar ixracımıza da çox təsir edib”, – Türkiyə lideri bildirib.