Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanla ukraynalı həmkarı Vladimir Zelenski arasında telefon danışığı olub.
AzerTimes xəbər verir ki, bu barədə Türkiyə Prezidentinin Administrasiyası yanında Kommunikasiya İdarəsindən məlumat verilib.
Ərdoğan dialoq yolu ilə müharibənin sona çatması üçün hər cür töhfə verməyə hazır olduğunu bildirib.