Ərdoğandan Qurban bayramı bəyanatı: 2053-cü ildə…

Ərdoğandan Qurban bayramı bəyanatı: 2053-cü ildə…

Türkiyә Prezidenti Rәcәb Tayyib Әrdoğan Qurban bayramı münasibәtilә bәyanat verib.

AzerTimes xəbər verir ki, prezident Rәcәb Tayyib Әrdoğan deyib:

‘‘Türkiyənin 2023-cü il hədəflərinə nail olması gənclərimizə qoyacağımız ən qiymətli miras olan 2053-cü il vizyonuna doğru qətiyyətlə addım atmalarını təmin edəcək”.

Prezident Rәcәb Tayyib Ərdoğan yaydığı videomüraciətdə türk xalqını və İslam alәmini Qurban bayramı münasibətilə təbrik edib.

Dünyanın sağlamlıqdan təhlükəsizliyə qədər hər sahədə ciddi sınaqlarla üzləşdiyi bir dövrdәn keçdiyini vurğulayan Rәcәb Tayyib Ərdoğan belə kritik dövrlərin birlik və qardaşlığın əhəmiyyətini artırdığını qeyd edib.

Teqlər: