Terror kimdən gəlirsə, törədən kim olursa-olsun, qəbuledilməzdir.
AzerTimes xəbər verir ki, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Moskva vilayətindəki terakt barədə danışarkən deyib.
“Terrorun qanlı, xain üzünü çox yaxşı bilir, biz rus xalqının kədərini bölüşürük”, – Ərdoğan vurğulayıb.
O, baş vermiş terror aktı ilə əlaqədar Rusiya hökumətinə başsağlığı verib və hücumu qınayıb.