Ərdoğandan dünyaya çağırış: İsrail vəhşiliyini dayandırın!

Ərdoğandan dünyaya çağırış: İsrail vəhşiliyini dayandırın!

Qadınların, uşaqların və günahsız mülki şəxslərin olduğu xəstəxananın vurulması İsrailin ən təməl insani dəyərlərdən məhrum hücumlarının son nümunəsidir.

AzerTimes xəbər verir ki, bu sözləri Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan deyib.

“Bütün bəşəriyyəti Qəzzada tarixdə görünməmiş bu vəhşiliyi dayandırmaq üçün hərəkətə keçməyə dəvət edirəm”, – deyə Türkiyə lideri bildirib.

Qeyd edək ki, İsrail ordusu Qəzzadakı Əhli-Ərəb Xəstəxanasına raket zərbəsi endirib. Nəticədə 600-dən çox insan ölüb.

Teqlər: